Şriftin ölçüsü:
Saytın rəngi:
Noyabrın 29-da Ucar rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - 100: birliyimiz və vəhdətimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın bölgə üzrə şöbəsinin müdiri İlham Qəribov, Ucar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Bayramov, din xadimləri, hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər Ümummilli Liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın şanlı qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha göstərdi.
Tədbir müzakirələrlə davam edib.