Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 17-də Ucar Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin tərbiyəsində Heydər Əliyev məktəbinin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, rayon Ağsaqqallar və Veteranlar şuralarının sədrləri, həmçinin gənclər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Vurğulanıb ki, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.