Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
17.03.2023 / Heydər Əliyev ili

Tovuzda "Heydər Əliyev və Azərbaycanda dövlət-din modeli" mövzusunda tədbir keçirilib

Martın 16-da Tovuz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Tovuz Rayon İcra Hakimiyyəti (RİH), Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda dövlət-din modeli " mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz RİH-nin əməkdaşı Akif Ələkbərov, Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, müəllim və gənclər iştirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunub. Vurğulanıb ki,  Azərbaycanın təməl prinsiplərini Ümummilli Liderin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir. Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.