Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
19.04.2023 / Heydər Əliyev ili

Siyəzəndə “Ulu Öndər Heydər Əliyev və tolerantlıq, multikultural dəyərlər, azərbaycançılıq” mövzusunda tədbir keçrilib

Aprelin 19-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon İcra Hakimiyyəti (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional Mərkəzi, rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və tolerantlıq, multikultural dəyərlər, azərbaycançılıq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Balabəy Balabəyov,  Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov, ziyalılar, gənclər, rayonun din xadimləri, eləcə də dini icmaların nümayəndələri iştirak ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, eyni zamanda azərbaycançılıq ideologiyasının sistem halına salınmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu bildirilib. Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O da vurğulanıb ki, Heydər Əliyev müstəqil Azərbaycanda multikulturalizm və tolerantlığın banisidir.

İştirakçılara DQİDK-nın və onun tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çap edilmiş kitablar təqdim olunub.