Şriftin ölçüsü:
Saytın rəngi:
Siyəzən rayonunda "Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Balabəy Balabəyov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, QMİ-nin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyev, dini icma sədrləri, din xadimləri, eləcə də dindarlar iştirak ediblər.
Çıxışlarda bildirilib ki, milli dəyərlərimizin qorunması və inkişafı yaxın keçmişimizdə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ulu Öndərimiz milli dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, adət-ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi.
Tədbir müzakirələrlə davam edib.