Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
23.01.2023 / Heydər Əliyev ili

Şəmkirdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Şəmkir Rayon İcra hakimiyyəti, rayon Təhsil, eləcə də Polis şöbələrinin birgə təşkilatçılığı ilə Düyərli kənd 2 saylı tam orta məktəbində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın bölgə üzrə şöbə müdiri Rasim Tağıyev, Şəmkir Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, RPŞ-nin əməkdaşı polis baş leytenantı Ziyəddin Yəhyayev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı xalqımızın milli-mənəvi dəyərlərindən, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasından, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən bəhs edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, dövlət tərəfindən mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə mütəmadi olaraq onlara maddi dəstək göstərilir.

Tədbir müzakirələrlə yekunlaşıb.