Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
07.02.2023 / Heydər Əliyev ili

Şəmkirdə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Fevralın 7-də Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH), Şəmkir Rayon Təhsil Şöbəsinin (TŞ) birgə təşkilatçılığı ilə  “Azərbaycanda tolerantlığın və multikulturalizmin dövlət siyasətinə çevrilməsində Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev,  məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda Ulu Öndərin Azərbaycanda nümunəvi dövlət-din siyasətinin formalaşdırılmasında, habelə multikultural və tolerant dəyərlərin qorunub-saxlanılmasındakı rolu barədə danışılıb. Sonda mövzu ətrafında müzakirələr aparılıb.