Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
21.02.2023 / Heydər Əliyev ili

Saatlıda "Ulu Öndər Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir" mövzusunda tədbir keçirilib

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı rayon Gənclər və İdman İdarəsi və "Saatlı Gənclər evi" sosial xidmət müəssisəsinin  birgə təşkilatçılığı ilə M.Mehbalıyev adına Nərimankənd kənd tam orta məktəbində “Ulu Öndər Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir”  mövzusunda  tədbir keçirilib.

Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov,  rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov,  “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı,  müəllim  və  şagirdlər  iştirak ediblər.

Çıxışlar zamanı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin böyük tarixi hadisə olduğu qeyd edilib. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.