Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
05.04.2023 / Heydər Əliyev ili

Saatlıda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib

Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Gənclər evi" sosial xidmət müəssisəsinin  birgə təşkilatçılığı ilə Saatlı şəhəri Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”  mövzusunda  tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı  Elvin İbrahimov,  “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı,  müəllimlər  və şagirdlər  iştirak ediblər.

Çıxışlarda Azərbaycançılıq məfkurəsi və dövlətçiliyin qurulmasında Ümummilli Lider Heydər Əliyev fenomenindən danışılıb. Vurğulanıb ki, ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu Öndərin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüşdür.