Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Qusar Rayon İcra Hakimiyyəti (Qusar RİH), rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qusar rayon şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Qusar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, Gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov, SHXÇDX Qusar rayon şöbəsinin rəisi Rəfət Abdulayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Çıxışlarda qeyd edilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Vurğulanıb ki, Ümummilli Liderimiz müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Bildirilib ki, Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.