Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
07.02.2023 / Heydər Əliyev ili

Qubada maarifləndirmə tədbiri keçirilib

Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (Quba RİH) və Quba Dövlət Sosial-iqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi: milli-mənəvi dəyərlərin təbliği” adlı seminar keçirilib.

Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Quba Dövlət Sosial-iqtisadi Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Çıxışlar zamanı gənclərin hər bir ölkənin gələcəyinin təməli, yüksək intellektual biliyə, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilmələrinin milli prioritet istiqamətlərdən olduğu bildirilib. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olması diqqətə çatdırılıb. Əsası Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilməsindən bəhs olunub.

Sonda DQİDK-nın sifarişi ilə ekranlaşdırılmış “Vətən naminə” filmi nümayiş etdirilib.