Şriftin ölçüsü:
Saytın rəngi:
Martın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH), İnsan hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzi və Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
Konfransda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov, rayon Ağsaqqallar şurasının sədri İldırım Məmmədov, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov, rayonun ziyalıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycandır. Bu dövlətin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir. Vurğulanıb ki, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. O da vurğulanıb ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyası bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.
Tədbirdə DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ərsəyə gələn “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.