Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
26.10.2023 / Heydər Əliyev ili

Qubada “Heydər Əliyev tarix yazan əbədiyaşar liderdir” mövzusunda tədbir keçirilib

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzi və Quba Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev tarix yazan əbədiyaşar liderdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin əməkdaşı Murad Əsgərov, Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Ulu Öndər Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir. Diqqətə çatdırılıb ki, Ümummilli Liderimiz hər zaman tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, xalqımızın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürərək vacib addımlar atıb.

Tədbir müzakirələrlə davam edib.