Şriftin ölçüsü:
Saytın rəngi:
Oktyabrın 20-də Quba rayonunda “Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba- Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, eləcə də gənclər iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs olunub. Vurğulanıb ki, Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir.
Sonda tədbir diskussiya şəklində davam etdirilib, gənclərin sualları cavablandırılıb.