Şriftin ölçüsü:
Saytın rəngi:
Martın 14-də Qobustan rayonu Ə.Nəbiyev adına Təklə Mirzəbaba kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin banisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışılıb. Qeyd edilib ki, Ulu Öndərin uğurlu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilir. O da vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.