Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Ləkit kənd tam orta məktəbində “Heydər Əliyev: azərbaycançılıq ideologiyasının banisi” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərid Muradov, Qax rayon Ləkit kənd İƏD nümayəndəsi Təhminə Ağayeva, Qax rayon Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyası müstəvisində uğurla həyata keçirilən dövlət-din münasibətlərindən danışılıb və bu sahədə görülən işlər barədə ətraflı məlumat verilib.
Çıxışlar yekunlaşdıqdan sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmi nümayiş edilib.