Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Kürdəmir rayonu İcra Hakimiyyəti (RİH) və Kürdəmir N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH aparatının əməkdaşı Daşqın Rüstəmov, N saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər.
Tədbirdə Azərbaycan gəncliyinin hamisi olmuş Ulu Öndər Heydər Əliyevin vətənə olan sevgisi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafındakı rolu diqqətə çatdırılıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimizin işğal edilmiş torpaqların azad olunması uğrunda aparılan döyüşlərdə göstərdikləri qəhrəmanlıq, rəşadət və şücaətləri barədə danışılıb.