Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonu Peşə Liseyində "Heydər Əliyev və Azəbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Rüstəmov, QMİ-nin bölgə qazısı Fizuli Cəfərov, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimizin və xalqımızın inkişafında mühüm rol oynayıb, eləcə də milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub. O da bildirilib ki, bütün soydaşlarımız Ümummilli Lider tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib.