Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
01.02.2023 / Heydər Əliyev ili

Goranboyda “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib

Fevralın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Qərb Regional Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti (RİH), Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, RİH-in məsul şəxsi Nicat Məmmədov, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, Gİİ nümayəndəsi Cəfər Verdiyev, eləcə də, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin gənclərə daim qayğı göstərdiyini, onların milli adət-ənənələrimizə uyğun tərbiyə edilməsi istiqamətində önəmli addımlar atdığını qeyd ediblər. Həmçinin Əsası Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilməsindən bəhs olunub.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.