Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi, Goranboy Rayon İcra Hakimiyyəti (RİH), rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərid Əliyev, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüqar Xəlilov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyasından danışılıb. Vurğulanıb ki, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir.