Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
12.04.2023 / Heydər Əliyev ili

Cəzaçəkmə müəssisələrində “Ulu Öndər Heydər Əliyevin siyasəti və milli-mənəvi dəyərlər” mövzusunda tədbirlər keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında 2023-cü il üçün təsdiq edilmiş birgə Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Aprelin 11-də DQİDK-nın məsul əməkdaşları, Penitensiar Xidmətin nümayəndələri, eləcə də “Fatimeyi Zəhra” məscidinin din xadiminin iştirakı ilə 2 və 9 saylı cəzaçəkmə müəssisələrində “Ulu Öndər Heydər Əliyevin siyasəti və milli mənəvi dəyərlər” mövzusunda tədbirlər keçirilib.

Çıxışılarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, xalqın adət-ənənələrinin zənginləşdirilməsi, eyni zamanda azərbaycançılıq ideologiyasının sistem halına salınmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu bildirilib. Vurğulanıb ki, xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi Ulu Öndərin bir daha xalqa, milli-mənəvi və islami dəyərlərə bağlılığını göstərir. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

Məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.