Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
17.01.2023 / Heydər Əliyev ili

Balakəndə“Heydər Əliyev: Müasir Azərbaycanın qurucusu” adlı tədbir keçirilib

Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən, Balakən rayonu Katex kənd tam orta məktəbində “Heydər Əliyev: Müasir Azərbaycanın qurucusu” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Fuad Mikayılov, Balakən şəhəri “Mərkəzi Cümə” məscidinin din xadimi Rövşən  İbrahimov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi tarixi hadisədir. Bildirilib ki, Ulu Öndər daim Azərbaycanın inkişafı naminə çalışıb, nəticədə ölkəmiz dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Sonda DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş olunub.