Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
02.11.2023 / Heydər Əliyev ili

Balakəndə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Nəriman Nərimanov adına Mahamalar kənd tam orta məktəbində “Heydər Əliyev və milli-mənəvi dəyərlər”  mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hacı Muradov, rayon təhsil, gənclər və idman sektorlarının əməkdaşları, müəllimlər və məktəblilər iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan dövlətinin memarı olan Heydər Əliyev milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal şəxsiyyətdir. O da vurğulanıb ki, Ulu Öndər azərbaycanlıların milli-mənəvi dəyərlər  sisteminin ideoloji əsaslarının formalaşmasına əvəzsiz töhfələr verib.