Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən Rayonu İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Balakən rayonu Akademik Zərifə Əliyeva adına şəhər 3 №-li tam orta məktəbində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan məfkurəsi” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Balakən RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Hacı Muradov, Balakən rayonu Gənclər və idman idarəsinin əməkdaşı Nurlan Şibliyev, Balakən Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, məktəbin müəllim və sagirdləri iştirak ediblər.
Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin müstəqil və suveren Azərbaycan Respublikası və Azərbaycançılıq ideologiyası uğrunda gördüyü işlərdən, mübarizə apardığı çətinliklərdən geniş şəkildə bəhs edilib. Əsası Ümummilli Lider Heydər Əliyevin qoyduğu uzaqgörən siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda Mənəvi Dəyərlərin Təbliğı Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli film nümayiş etdirilib.