Şriftin ölçüsü:
Saytın rəngi:
Martın 14-də Ağsu şəhər 4 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Ağsu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda marifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Gənclər və İdman İdarəsinin rəis müavini Təhmasib Məhəmmədhüseyin, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı xalqların mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlərin mühüm rol oynadığı qeyd edilib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı və adət-ənənələrimizin zənginləşdirilməsi naminə çalışdığı bildirilib.
Respublikamızda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğu, öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi siyasətin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda mövzuya dair sənədli film nümayiş olunub.