Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
12.01.2023 / Heydər Əliyev ili

Ağsuda "Heydər Əliyev - dahi şəxsiyyət" mövzusunda tədbir keçirilib

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Ağsu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağsu şəhər 4 saylı tam orta məktəbində "Heydər Əliyev - dahi şəxsiyyət"  mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Təhmasib Məhəmmədhüseyin, müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti haqqında danışılıb. Qeyd edilib ki, Ulu Öndər milli mənafeyi hər şeydən üstün tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarıdır.

Sonda  “Heydər Əliyev - dahi şəxsiyyət” adlı sənədli film nümayiş olunub.