Şriftin ölçüsü:
Saytın rəngi:
Fevral ayının 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Ağstafa Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi (Gİİ), eləcə də rayondakı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşı Pərvin Zeynalov, Ağstafa RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov, Gİİ rəisi Əziz Məsmalıyev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, müəllimlər və rayonun aktiv gəncləri iştirak ediblər.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq idealogiyasının yaradıcısı olduğu və hər bir xalqın inkişafında milli kimliyin formalaşmasının vacibliyi qeyd edilib. Ümummilli Liderin Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, uğurlar və tükənməz dövlətçilik təcrübələrini miras qoymasından bəhs olunub.