Şriftin ölçüsü:

Saytın rəngi:

KÖNÜLLÜ FƏALİYYƏT / 

Könüllü fəaliyyət xəbərləri
06.05.2019 / Könüllü fəaliyyət xəbərləri

“Könüllü fəaliyyət” layihəsi çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Könüllü fəaliyyət” layihəsi çərçivəsində “Könüllümüz ol” şüarı altında Azərbaycan İlahiyyat İnstitutunda tələbə və magistrlarla görüş keçirib.

Görüşün məqsədi DQİDK-nın Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi könüllülük fəaliyyəti, eyni zamanda Dövlət Komitəsinin tarixi, vəzifələri, hüquqları, fəaliyyət istiqamətləri ilə bağlı tələbələri məlumatlandırmaq olub.

Görüşdə DQİDK-nın həyata keçirəcəyi “Könüllü fəaliyyət” layihəsinin məqsədi haqqında gənclərə ətraflı məlumat verilib. Bildirilib ki, proqram “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşdırılır. Könüllü kimi 2 ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcək ki, bu da onların əmək fəaliyyətinə uğurlu keçid fürsəti yaradacaq.