Şriftin ölçüsü:
Saytın rəngi:
21 oktyabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) IV Hesabat-Seçki konfransı keçirilib.
AKTİ-yə üzv təşkilatların rəhbərlərinin, katibliyin, media nümayəndələrinin, bir sıra rəsmi qonaqların və Azərbaycan Könüllülərinin iştirakı ilə həyata keçirilən konfransda İttifaqın ötən illərə dair yekun hesabatı təqdim olunub, Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni sədr seçilib.
Daha sonra göstərdikləri uğurlu fəaliyyətə görə İttifaqa üzv olan təşkilatların rəhbərləri mükafatlandırılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Könüllümüz ol” proqramı uğurlu tərəfdaşlığa görə təltif edilib.