Şriftin ölçüsü:
Saytın rəngi:
Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları DQİDK-nın Dini təhsil şöbəsinin iş fəaliyyəti ilə tanış olublar.
Şöbə müdiri Elnarə Kərimova şöbənin fəaliyyəti barədə könüllülərə məlumat verərək, struktur bölmənin respublikada dini təhsillə bağlı vəziyyəti öyrəndiyini, bu istiqamətdəki prosesləri izlədiyini bildirib. Qeyd edib ki, şöbə dini təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə onlara mövcud qanun çərçivəsində kömək göstərir, eyni zamanda onların fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirir, dini təhsil müəssisələrinin strukturu, onların rəhbərləri, fəaliyyət yönümü haqqında məlumatların toplanması və sistemləşdirilməsini təmin edir.
Görüşün sonunda E. Kərimova könüllüləri maraqlandıran sualları cavablandırıb.