Şriftin ölçüsü:

Saytın rəngi:

KÖNÜLLÜ FƏALİYYƏT / 

Könüllü fəaliyyət xəbərləri
25.10.2024 / Könüllü fəaliyyət xəbərləri

Dövlət Komitəsində təcrübə keçmiş könüllülərə sertifikatlar təqdim olunub

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1 il müddətində təcrübə keçmiş könüllülərə sertifikatlar təqdim edilib.

Sertifikatların təqdim olunması mərasimində çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışı əsasında başladılan könüllülük hərəkatının dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. Ölkədə könüllülük layihəsinin geniş vüsət aldığından bəhs edən R.Məmmədov Dövlət Komitəsinin könüllülərinin bu prosesin fəal üzvləri olduğunu qeyd edib. Vurğulayıb ki, könüllülər ötən müddət ərzində bir sıra dövlət əhəmiyyətli tədbirlərdə xüsusi fəallıqları ilə seçiliblər.

İştirak etdikləri təlimlər və qazandıqları təcrübələr barədə öz təəssüratlarını bölüşən gənclər bildiriblər ki, bilik və bacarıqlarının inkişafında, mütəxəssis kimi formalaşmalarında bu layihə mühüm rol oynayıb.

Komitə sədri göstərdikləri fəaliyyətin nəticəsinə uyğun olaraq könüllülərə sertifikatlar təqdim edib, onlara uğurlar arzulayıb.