Şriftin ölçüsü:
Saytın rəngi:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi prosesini davam etdirir.
Könüllülük fəaliyyəti 2022-ci ilin oktyabr ayından başlayaraq 2023-cü ilin may ayına qədər davam edəcək.
Könüllü kimi fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların gələcəkdəki əmək fəaliyyətlərinə uğurlu bir keçid fürsəti olacaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllülər sırasına qoşulmaq istəyən gənclər “Könüllü anketi”ni doldurub 16.08.2022-ci il tarixdən 16.09.2022-ci il tarixədək konullu@scwra.gov.az elektron ünvanına göndərə bilərlər.
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.
Əlavə məlumat üçün: (012) 437 31 15
KÖNÜLLÜ ANKETİ (yüklə)