Şriftin ölçüsü:
Saytın rəngi:
İyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Dövlət Komitəsində təcrübə keçmiş “Könüllümüz ol” layihəsinin iştirakçıları ilə görüşüb.
Diskussiya şəraitində keçən görüşdə sədr müavini könüllüləri maraqlandıran sualları cavablandırıb, könüllülük fəaliyyətinin gənclərin gələcək iş həyatlarına önəmli və effektiv təsir edəcəyinə əminliyini ifadə edib.
Təcrübə kursunu müvəffəqiyyətlə başa vuran gənclərə təbriklərini çatdıran G. İsmayılov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
6 ay müddətində Dövlət Komitəsində təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.
Sonda könüllülərə sertifikatlar təqdim edilib.