Şriftin ölçüsü:
Saytın rəngi:
Dekabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin yeni könüllü qrupu ilə görüş keçirilib.
DQİDK-nın Aparat rəhbəri Amil Cavadov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malik olduğundan, bu gün də bu missiyanı Prezident İlham Əliyevin layiqincə davam etdirərək, bu siyasəti dünya miqyasında bir nümunəyə çevirməsindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.
O əlavə edib ki, bu qayğıdan güc alan Azərbaycan gəncliyi həm də vətənpərvərliyi, öz xalqına, dövlətinə bağlılığı ilə fərqlənir. Komitə rəsmisi həmçinin, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq məqsədi daşıyan könüllülük fəaliyyətinin faydalarından danışıb, könüllü hərəkatına qoşulan gənclərin gələcəkdə ixtisaslı və peşəkar kadr kimi formalaşacaqlarını bildirib.
A.Cavadov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə könüllülərə geniş məlumat verərək bildirib ki, könüllü kimi fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcək ki, bu da onların gələcək əmək fəaliyyətinə uğurlu keçid fürsəti olacaq.
Görüşün sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb.