Şriftin ölçüsü:

Saytın rəngi:

10.03.2023

Dövlət Komitəsinin könüllüləri Dinşünaslıq ekspertizası şöbəsinin iş prinsipləri ilə tanış olublar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin iş fəaliyyəti ilə tanış olublar.

Şöbə müdiri Nahid Məmmədov könüllülərə Dinşünaslıq ekspertizası şöbəsinin vəzifə öhdəlikləri barədə ətraflı məlumat verərək bildirib ki, şöbə  dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının yayılmasına nəzarəti, eyni zamanda dinşünaslıq ekspertizasını həyata keçirir.

Nahid Məmmədov ekspertiza prosesi barədə könüllülərə geniş izahat verərək qeyd edib ki, ədəbiyyatlarda dini nifrət və düşmənçiliyə rəvac verən fikirlərin olmaması ekspertiza zamanı nəzərə alınan əsas meyarlardandır. Bildirib ki, təqdim edilən ədəbiyyat insanpərvərlik prinsiplərinə zidd deyilsə, nəşrdə dini nifrət və düşmənçiliyə rəvac verəcək, dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər yer almırsa, ölkəmizdəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək ifadələr əks olunmursa, bu kitabın ölkə ərazisində çapı və yayılmasına heç bir qadağa yoxdur.

N.Məmmədov könüllüləri maraqlandıran sualları da cavablandırıb.