Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) təcrübə keçmiş könüllülərə sertifikatlar təqdim olunub.
Görüş zamanı DQİDK-nın Aparat rəhbəri Amil Cavadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılan könüllülük hərəkatının dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğuna diqqət çəkərək ölkədə könüllülük hərəkatının geniş vüsət aldığı dönəmdə Dövlət Komitəsinin könüllülərinin də bu prosesin aktiv üzvlərindən olduğunu qeyd edib. Hazırda respublika ərazisində keçirilən bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin önəmli xidmətləri olduğunu vurğulayan Komitə rəsmisi bildirib ki, DQİDK könüllüləri ötən müddət ərzində bir sıra dövlət əhəmiyyətli tədbirlərdə xüsusi fəallıqları ilə seçiliblər.
Təlimlər və əldə etdikləri təcrübələr barədə öz təəssüratlarını bölüşən könüllülər bildiriblər ki, könüllülük hərəkatı onların bilik və bacarıqlarının inkişafında, mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır.
Təcrübə kursunu müvəffəqiyyətlə başa vurmuş gənclərə təbriklərini çatdıran Amil Cavadov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra könüllülərə sertifikatlar təqdim edilib.