Şriftin ölçüsü:
Saytın rəngi:
Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib.
Zərdab şəhər “Cümə” məscidində təşkil olunan tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın təməl prinsiplərini Ulu Öndər Heydər Əliyevin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir. Ümummilli Lider tərəfindən əsası qoyulan və bu gün də Prezidentimiz tərəfindən yüksək səviyyədə davam etdirilən dövlət-din münasibətlərindəki Azərbaycan təcrübəsi dünyanın müxtəlif ölkələrində də öyrənilir.
Tədbir mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.