Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
16.06.2024 / Xəbərlər

Zəngilanda Bayram namazı qılınıb

Bu gün Zəngəzurun giriş qapısı olan Zəngilanda 31 ildən sonra ilk dəfə Bayram namazı qılındı. Zəngilanda inşa edilmiş yeni məsciddə qılınan ilk bayram namazı Azərbaycan xalqının öz tarixinə, milli-mənəvi dəyərlərinə sədaqətinin, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz möhtəşəm zəfərin əzəmətli nümunəsi kimi tarixin yaddaşına yazıldı. 

Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etmişdi. 30 il düşmən tapdağında qalmış ərazilərimizdə bərpa edilən və yeni tikilən məscidlərdə həyata keçirilən dini ayinlər həm də torpaqlarımızın azad edilməsi uğrunda həyatını fəda etmiş minlərlə Vətən övladının xatirəsinə ehtiramın ifadəsidir.