Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
11.10.2024 / Xəbərlər

“Yaşıl gələcək naminə” aksiyası Bakı şəhərində davam etdirilir

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası davam etdirilir.

Oktyabrın 11-də aksiya paytaxtın Nərimanov, Suraxanı və Binəqədi rayonlarında yerləşən məscidlərin ətrafında keçirilib.

Din xadimləri, dini icma üzvləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri aksiya zamanı dini ibadət yerlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib.

Qeyd edək ki, bütün bölgələri əhatə etməklə cari ilin may ayından başlayan aksiya müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.