Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
05.08.2024 / Xəbərlər

Sumqayıtda dini icmaların nümayəndələri üçün təlim keçirilib

Avqustun 5-də Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.

Təlimdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə və şöbənin əməkdaşı Aslan Sultanov çıxış edərək, dini qurumlara münasibətdə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mütəmadi təlimlər keçirilməsi, dini qurumların hesabatlılığının və maliyyə şəffaflığının gücləndirilməsinə nail olunmasının əhəmiyyətindən danışıblar,  eyni zamanda ianlərin qəbul edilməsi ilə bağlı qanunverciliyin tələblərini izah ediblər.  

Tədbirdə DQİDK-nın Abşeron - Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhər, Abşeron və Xızı rayon İcra Hakimiyyətləri Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri-dini qurumlarla işin təşkilatçıları Fərman Kazımov, Elvin Zalov, Abdulla Hüseynov, Abşeron-Xızı regionunda yerləşən ibadət yerlərinin dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Təlimdə dini icmalar yeni hesabat nümunəsi və “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair Təlimat”la tanış olublar.

Təlim iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.