Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
27.09.2024 / Xəbərlər

Şirvan şəhərində etik davranış qaydalarına həsr edilmiş təlim keçirilib

Sentyabrın 26-da Şirvan şəhərində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın (8.10.1) icrası ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) sədrinin 3-32/3-1-29/2024 nömrəli, 12.02.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş illik İş Planına uyğun olaraq “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə bağlı dövlət qulluqçularının etik davranış qaydalarına həsr edilmiş təlim keçirilib.

Təlim zamanı Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri Aqşin Əliyev dövlət qulluqçularının etik davranış, Regionlarla iş şöbəsinin müdiri Ramin Xudayev şöbənin iş planı və sənədləşmə qaydaları, Daxili nəzarət sektorunun müdiri vəzifəsini icra edən Fərhad Yaqubov korrupsiyaya qarşı mübarizə sahəsi ilə bağlı çıxış ediblər.

Etik davranış qaydalarının əsas prinsipləri və məqsədləri, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn etik vəzifələrlə bağlı nəzəri biliklər diqqətə çatdırılıb. Eyni zamanda  dövlət qulluqçusu üçün xidməti vəzifənin icrası ilə bağlı müəyyən edilən tələblər, etik davranış qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi və digər mövzularla bağlı müzakirələr aparılıb.