Şriftin ölçüsü:
Saytın rəngi:
Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə "Sülh və təhsil: cəmiyyəti formalaşdıran dəyərlər" mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin direktoru Zülfiyyə Əhmədova, müəllim və məktəblilər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, hər bir cəmiyyətin inkişafı üçün vacib olan əsas dəyərlər vardır. Sülh və təhsil bu dəyərlərin ən önəmliləri sırasındadır. Onların hər ikisinin mövcud olduğu cəmiyyət daha güclü və sabit inkişaf yolu keçir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.