Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 17-də Şəki şəhəri 5 nömrəli tam orta məktəbdə Dövlət Komitəsinin Şəki regional bölməsi və Şəki Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, müllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyası Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Vurğulanıb ki, 1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı.
Tədbir müzakirələrlə davam etdirilib.