Şriftin ölçüsü:
Saytın rəngi:
Mayın 14-də Qusar rayonu Həsənqala kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə “Bərabər hüquqlar, bərabər dəyər: gender əsaslı seçim yolverilməzdir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Həsənqala kənd tam orta məktəbin direktoru Şöhran Hacəliyev, gənclər və yeniyetmələr iştirak ediblər.
Çıxışlarda bildirilib ki, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz Heydər Əliyev onun qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə vurğulayırdı. Ümummilli Liderimizin əsasını qoyduğu ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərir. Ölkə başçısı hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.