Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
18.09.2024 / Xəbərlər

Qusarda "Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusu müzakirə olunub

Sentybarın 18-də Qusar rayonu Mucuqoba kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Sülh Aylığı" çərçivəsində "Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba–Xaçmaz regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Ağasiyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib. Sülhün, əmin-amanlığın qarşısında duran ən böyük təhlükələrdən birinin məhz dini radikalizm və ekstremizm olduğu, bunun isə vətəndaş cəmiyyəti və demokratik dövlət üçün təhlükə mənbəyi hesab edildiyi vurğulanıb.

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.