Şriftin ölçüsü:
Saytın rəngi:
Mayın 13-də Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə 184 nömrəli tam orta məktəbdə “Erkən nikahın fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Elşən Quluzadə və Fərid Novruzov, Qaradağ RİH başçısı Aparatının şöbə müdir müavini Firuddin Hüseynov, Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun rəisi Elçin Abbasov, məktəbin direktoru Müşfiq Məmmədov və şagirdlər iştirak ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının qanunvericiliyində, Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verilib, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışılıb.
Qeyd olunub ki, erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez-tez rastlaşırıq. Tədbirdə, həmçinin sağlam həyat tərzinə zidd olan zərərli vərdişlərdən və yad ideoloji düşüncələrdən danışılıb. Gənclərin zərərli vərdişlərdən, radikal dini təsirlərdən qorunmasının vacibliyi, fiziki və mənəvi baxımdan sağlam formalaşmalarının, milli-mənəvi dəyərlərə layiq olmalarının əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.