Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Robert Baqratoviç Mobili “Şöhrət” ordeni ilə təltif edilsin."
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2014-cü il.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Robert Mobilini bu yüksək təltif münasibəti ilə təbrik edir, ölkəmizin inkişafını naminə gələcək fəaliyyətində uğurlar arzulayır.