Şriftin ölçüsü:
Saytın rəngi:
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında fəaliyyətin koordinasiya edilməsi məqsədilə 2025-ci il üçün birgə tədbirlər planı imzalanıb.
Tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə, hərbi təhsil müəssisələrində dini radikalizmə qarşı mübarizəyə dair tədbirlərin keçirilməsi nəzərdə tutulub. İl ərzində Dövlət Komitəsi tərəfindən azərbaycançılıq ideyası, xalqımıza xas milli-mənəvi dəyərlərin təbliği, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, habelə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ekspertlərin iştirakı ilə əsgərlər, zabitlər, hərbçilər və kursantlarla görüşlər keçiriləcək.
“Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, hərbi intizamının möhkəmləndirilməsində, hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi dəyərlərin rolu”, “Dünyəvi cəmiyyətdə dini etiqad azadlığının və tolerantlığın önəmi” və digər mövzularda maarifləndirmə tədbirləri, eyni zamanda “Vətən müharibəsindəki qələbəmizdə milli birliyimizin və mənəvi dəyərlərimizin rolu”, “Dini zəmində bölücüyün milli təhlükəsizliyə təsirləri” mövzularına həsr olunan mühazirələr təşkil ediləcəkdir.