Şriftin ölçüsü:
Saytın rəngi:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri, icra hakimiyyətləri (İH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimləri ilə bağlı bölgələrdə tədbirlər keçirilib.
İyulun 3-də Ağstafa şəhər Cümə məscidində “Aşura mərasimləri: hüquq və ənənələr müstəvisində” mövzusunda təşkil olunan tədbirə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, din xadimləri və dini icma sədrləri qatılıblar.
İyulun 3-də Yevlax şəhərində “Aşura mərasimləri: hüquq və ənənələr müstəvisində” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Şəhər İH başçısı aparatının əməkdaşı Asəf Almədətov, şəhər Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İyulun 2-də Göyçayda “Aşura mərasimləri: hüquq və ənənələr müstəvisində” mövzusunda baş tutan tədbirə Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, din xadimləri və icma sədrləri qatılıblar.
İyulun 2-də Zaqatala rayonunda “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusu müzakirə edilib. Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Ramin Həsənov və QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, səlahiyyətli nümayəndə Rasim Musayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
İyulun 1-də Şabran şəhərində “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusu müzakirə olunub. Tədbirdə Rayon İH başçısı aparatının nümayəndəsi Vasif Əhmədov, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Elxan Əsgərov, Rayon Polis Şöbəsinin əməkdaşı Həsən Rəhmanov, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
İyulun 1-də Mingəçevirdə “Məhərrəmlik: keçmişdən günümüzə” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Şəhər İH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyev, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İyulun 1-də Xaçmaz şəhərində “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin baş məsləhətçisi Fərid Məmmədov, QMİ-nin Xaçmaz rayonu üzrə qazıları Yaşar Rzayev və Vəli Məmmədəliyev, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
Tədbirlərdə Məhərrəmlik mərasimlərinin hüquq və ənənələr çərçivəsində keçirilməsi, dini-mədəni dəyərlərin qorunması və təbliği mövzuları müzakirə olunub. Çıxışlarda ölkəmizdə dini həmrəyliyin, tolerantlığın və qarşılıqlı hörmətin təşviqinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Məhərrəmlik mərasimlərinin ölkəmizdə mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi vurğulanıb.
Sonda iştirakçıların fikirləri və təklifləri dinlənilib.