Şriftin ölçüsü:
Saytın rəngi:
Avqustun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Lənkəran şəhərində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.
Təlimdə DQİDK-nın Dini məsələlər şöbəsinin müdiri Cahandar Əlifzadə, şöbənin əməkdaşı Aslan Sultanov, DQİDK-nın Lənkəran regional bölməsinin müdiri vəzifəsini icra edən Qağayı Məmmədov, bölmənin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sehran Alışov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Qəni Axundzadə, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri iştirak edib.
Təlimdə Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu mövzusunda dini icma sədrləri məlumatlandırılıb.
Təlim müzakirələrlə davam etdirilib.